AZ

“Neftçi”nin məşqçisi: “Qarabağ”la oyunu unutmalı, gələcəyə baxmalıyıq”

"Oyunu iki hissəyə bölmək olar. Birinci hissə bizim üçün yaxşı alındı, ikincisi ondan da yaxşı”.

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin köməkçi məşqçisi Saşa Petroviç deyib.

Petroviç Azərbaycan Premyer Liqasının XXXIV turundda “Kəpəz”lə oyunu şərh edib: “Futbolçularımız xarakter göstərə bildilər. Birinci qoldan sonra “Neftçi”yə layiq tərzdə oynamağa başladılar. Son dörd aydır ki, burada çalışırıq. Yaınız bu mərhələdə müəyyən diaqnozları qoya bildik. İndi isə irəliyə baxa bilərik. Hansı istiqamətdə işləmək lazım olduğunu da anlayırıq. Yaxşı haldır ki, Ağadadaş Salyanski və Brayan Moreno qollarını vurdular. Bu da “Neftçi”nin gələcəyi üçün faydalıdır. “Qarabağ”la oyunu unutmalı, gələcəyə baxmalıyıq”.

“Neftçi”nin baş məşqçisi Emin Mahmudovun meydana çıxmamasına aydınlıq gətirib: “Mahmudovun meydanda olmaması bizim üçün çətinlik yaradır, əsl çatışmazlıqdır. Amma bu daha çox baş məşqçiyə ünvanlanacaq sualdır. Komanda bu gün çox istəkli idi. Bizi qarşıda iki final gözləyir”.

Qeyd edək ki, “Neftçi” öz meydanında 5:1 hesabı ilə qalib gəlib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
6
Mənbələr
Şərh ()
Bağla