AZ

Təmir edərkən xəzinə tapdı - Döşəmənin altından minlərlə qızıl sikkə tapıldı

İngiltərənin cənub-qərbində yerləşən Dorset şəhərində yaşayan bir cütlük 2019-cu ildə mətbəxlərində təmir işləri apararkən xəzinə tapıblar.   Manset.az-ın xarici mediaya isyinadən məlumatına görə, onlar İngiltərə vətəndaş müharibəsi zamanı gizlədildiyi güman edilən minə yaxın qızıl və gümüş sikkə aşkar ediblər. Cütlük mətbəxin təxminən 0,6 metr dərinliyində qırıq şüşəli keramika qab tapıb. Bu qabdakı torpaq qatını təmizləyərkən orada 400 ildir yerin altında basdırılmış qızıl və gümüş sikkələrin olduğunu görüblər. Cütlük tapdıqları sikkələr barədə yerli tapıntılar üzrə əlaqə məmuruna məlumat verib və sikkələrin təmizlənməsini və şəxsiyyətini müəyyənləşdirmək üçün Britaniya Muzeyinə göndərilməsini təşdiblər.   Britaniya Muzeyi, sikkələrin 1642-1644-cü illər arasında gizlədildiyini və sikkələrin zərb tarixinə əsaslandığını bildirib. Aşkar edilmiş sikkələrin dəyəri altı pensdən 20 şillinq və ya 1 funt dəyərində qızıl “kompozit” sikkəyə qədər dəyişir. Sikkələrin çoxu Duke's tərəfindən Dorçesterdə keçirilən hərracda satılıb. Qeyd edək ki, bu dövrdəki müharibələr 1649-cu ildə Kral I Çarlzın edam edilməsi ilə yekunlaşan və İngiltərə tarixində 11 il davam edən respublikanın qurulmasına səbəb olan İngiltərə vətəndaş müharibəsinin bir hissəsi idi. 17-ci əsrdə müxaliflərin əmlakının müsadirə edilməsi adi hal idi, ona görə də o dövrdə insanların pullarını gizlətmələri təəccüblü deyil. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla