AZ

Bu şəxs 7 aydır adada tək yaşayır - Şok səbəb

30 yaşlı alman kişi Almaniyada ən tənha işi görüb.   Ornitoloq Ceykob Uildraut 7 aydır ki, Şimal dənizində, materikdən 10 km aralıda, yaşayış olmayan kiçik Triesçen adasında yazayır.  Manset.az xəbər verir ki, o, adada yeganə insandır. Onun işi orada yuva salan köçəri quşların qorunan növlərinə nəzarət etməkdir.  Həmin şəxs özü ilə qab-qacaq, yemək, təcili yardım çantası, isti yataq dəsti, lazımi paltar və ayaqqabı, müşahidə aparatları, həmçinin kitab və oyunlar apardığını bildirib. O, dayaqlar üzərində kiçik bir evdə tək yaşayır. Qaz sobası, odun sobası, günəş panellərindən elektrik enerjisi, soyuducu var.  Həftədə bir dəfə materikdən dənizçilər onun yanına gəlir və içməli su, yemək və poçt gətirirlər. Ornitoloq təbiətlə ünsiyyətdə olduğu üçün tənhalıqdan və cansıxıcılıqdan şikayətlənmir. "Quşlar çox güvənirlər, daxmaya da, mənə də çox yaxınlaşırlar... Pəncərəmdən 50 metr kənarda qara qazlar, qoşqumun altında qaraquşlar, yanımda dursam da, məhəccərdə ağ qaşlı sığırğalar var. Ada mənə getdikcə daha yaxından tanış olur... Hətta bəzi yeni kəşflər də oldu", deyə Uildraut bildirib. Jalə

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla