Müharibə
Ukraynaya tezliklə “F-16” qırıcıları gətiriləcək
Ukrayna bir neçə həftə ərzində Qərb tərəfdaşlarından Amerika “F-16” qırıcıları alacaq.
Reyting.az xəbər verir ki, bu barədə Britaniyanın “Evening Standard” qəzeti yüksək rütbəli hərbi mənbəyə istinadla yazıb.
Bildirilir ki, Qərbdən gətiriləcək ilk “F-16” qırıcıları bir neçə həftə ərzində Ukraynaya çatacaq.
Qeyd olunur ki, Ukrayna ordusuna Rusiyanın hava üstünlüyünə müqavimət göstərməyə kömək etməli olan qırıcılar iyun-iyul aylarında təhvil verilməlidir.
E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.