Ukrayna bir neçə həftə ərzində Qərb tərəfdaşlarından Amerika “F-16” qırıcıları alacaq.Reyting.az xəbər verir ki, bu barədə Britaniyanın “Evening Standard” qəzeti yüksək rütbəli hərbi mənbəyə istinadla yazıb. Bildirilir ki, Qərbdən gətiriləcək ilk “F-16” qırıcıları bir neçə həftə ərzində Ukraynaya çatacaq.Qeyd olunur ki, Ukrayna ordusuna Rusiyanın hava üstünlüyünə müqavimət göstərməyə kömək etməli olan qırıcılar iyun-iyul aylarında təhvil verilməlidir. E. KAMAL tags tags