AZ

Rusiyanın yeni baş naziri təyin edildi

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Mixail Mişustini yenidən baş nazir təyin etməyi təklif edib. O, öz namizədliyini parlamentin aşağı palatasına təqdim etdi. 

News24.az xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin teleqram kanalında məlumat verib.

“Prezident Vladimir Vladimiroviç Putin Dövlət Dumasına Mixail Vladimiroviç Mişustinin baş nazir vəzifəsinə namizədliyi ilə bağlı təklif təqdim edib. Bu gün deputatlar bu məsələ ilə bağlı öz seçiciləri adından məsuliyyətli qərar qəbul edəcəklər”, - deyə o yazıb.

Volodinin sözlərinə görə, hökumət başçısının təyinatı ilə bağlı mayın 10-da saat 14:00-da iclas keçiriləcək, Mişustin məruzə ilə çıxış edəcək və deputatların suallarını cavablandıracaq.

Mehriban Mirzəzadə



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
50
Mənbələr
Şərh ()
Bağla