AZ

Putinin yeni hökuməti – Əvvəlki tərkiblə müqayisədə…

Rusiya prezidenti Vladimir Putin hökumətin yeni tərkibini təsdiqləyib və onlarla görüşüb.

NOCOMMENT.az xəbər verir ki, hökuməti ilk dəfə olaraq 2020-ci ildə konstitusiyaya edilən dəyişikliklə nəzərdə tutulan yeni prosedura əsasən formalaşıb. Bütün namizədlər əvvəllər parlamentdə nəzərdən keçirilib və təsdiq edilib.

Ümumilikdə hökumətin tərkibinə baş nazir, onun 10 müavini və 21 nazir daxildir. Nazirliklərin sayı və adı əvvəlki tərkiblə müqayisədə dəyişməyib. Beş nazir birbaşa prezidentə hesabat verir.

Bunlar Daxili İşlər, Xarici İşlər, Müdafiə, Fövqəladə hallar və Ədliyyə nazirliklərinin rəhbərləridir. Qalanların fəaliyyətinə hökumətin sədri rəhbərlik edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
246
11
nocomment.az

10Mənbələr