AZ

Bərdədə Heydər Əliyevin anadan olmasının 101 illiyi  münasibətilə  tədbir keçirilib - FOTOLAR

Bərdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi  münasibətilə  tədbir keçirilib.
 
Moderator.az xəbər verir ki, öncə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin və aparatın məsul işçilərinin, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların, idarə, müəssisə, təşkilatların rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, kütləvi informasiya vasitələrinin, ictimai birliklərin nümayəndələrinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış abidəsi önünə tər gül dəstələri düzülüb.
Tədbirdə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Tədbir Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əsk etdirən "Əsrin adamı" adlı sənədli filmin nümayişi ilə başlayib.
 
Sonra Bərdə rayon İcra Hakimiyətinin başçısı Vidadi İsayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlı geniş məruzə edib. Rayon rəhbəri dolğun rəqəmlərlə və faktlarla Sovet dövründə və müstəqillik illərindəki fəaliyyəti zamanı Ümummilli Liderin qeyri-adi idarəçilik bacarığı, polad iradəsi, yüksək vətənpərvərliyi sayəsində uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmasından, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmasından danışıb. Eyni zamanda qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə 14 dəfə Bərdəyə səfər edib, rayon ictimaiyyəti və sadə əmək adamları ilə şəxsən görüşmüş, rayonun sosial-iqtisadi inkişafında, kənd təsərrüfatının dirçəlişində mühüm rolu olub.
 
Azərbaycan xalqı Heydər Əliyev şəxsiyyətini həmişə uca tutaraq, əbədiyaşar liderimizin Vətən uğrunda həyata keçirdiyi tarixi missiyanı yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Ümummilli Liderin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət təkcə Azərbaycanın deyil, bölgə ölkələrinin də rifahına və inkişafına mühüm töhfə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
50
Mənbələr
Şərh ()
Bağla