AZ

Aİ-dən Fələstin çıxışı: 4 ölkə tanıyacaq

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İspaniya, Malta, İrlandiya və Sloveniyanın Fələstini dövlət kimi tanıyacağını bildirib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Josep Borrell bu barədə İspaniyada yayımlanan yerli radiostansiyalardan biri olan RNE-yə açıqlama verib. Joseph Borrell bildirib ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ona İspaniyanın Fələstini mayın 21-də tanıyacağını deyib. Borrell Malta, İrlandiya və Sloveniyanın da Fələstini tanıyacağını bildirib. Fələstin dövlətinin sərhədləri ilə bağlı suala Borrell, “Biz bunu özümüz yaratmayacağıq. Bu, artıq BMT-nin qətnamələrində aydındır”, - deyə cavab verib. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla