AZ

Naməlum silahlılar universitetə ​​basqın edərək tələbələri qaçırıblar - Nigeriyada

Bir qrup naməlum silahlı şəxs Nigeriyada universitetlərdən birinə soxularaq tələbələri girov götürüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Vanguard” qəzeti hadisə şahidlərinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, hadisə Osare şəhərindəki Elm və Texnologiya Universitetində (Koqi ştatı) baş verib. Silahlılar tələbələrin dərsə hazırlaşdığı otağa daxil olublar. Onlar tələbələri qorxutmaq üçün tavana atəş açmağa başlayıblar və beləliklə, onları tutub naməlum istiqamətə aparıblar. Nə qədər tələbənin qaçırıldığı məlum deyil.

Universitetin rektoru Abdulraman Asipita şahidlərin sözlərini təsdiqləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
26
Mənbələr
Şərh ()
Bağla

Reytinq