SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Vanguard” qəzeti məlumat yayıb.

Proqnozlara görə, Nigeriyada bu il güclü yağış və daşqınlardan ümumilikdə 35 milyon insan ziyan çəkə bilər.

Fəlakət 19 milyon hektar ərazini cənginə ala bilər. Daşqınların Kano, Koqi, Laqos, Rivers və Bayelsa da daxil olmaqla 10 ştatı əhatə edəcəyi ehtimal edilir.