AZ

"Başqa çarə yoxdur, Rusiya ilə birgə nüvə silahları..." - Lukaşenkodan KRİTİK AÇIQLAMA

“Rusiya və Belarus iki ölkə ətrafında yaranan vəziyyətlə əlaqədar olaraq taktiki nüvə silahları ilə təlimlər keçirirlər”.

 

Sfera.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

 

"Nüvə silahları dəhşətli silahlardır. Amma bu, yenə də silahdır. Ona görə də istifadə qaydaları üzrə məşq etməliyik, onlarla necə davranacağımızı bilməliyik. Eskalasiya davam edir. Bu vəziyyətdə başqa nə edə bilərik ki?”, - Lukaşenko bildirib.

 

“Lakin eskalasiya təkcə Ukraynada deyil. Dünya həmişəkindən daha çox nüvə fəlakətinə yaxındır. Onu da əminliklə deyə bilərəm ki, Belarus və Rusiya sülh istəyir. Biz müharibəyə getmək istəmirik və Ukraynanın hücum üçün tramplin olmasını istəmirik. Bizim heç kimə hücum etmək niyyətimiz yoxdur, lakin hamı başa düşməlidir ki, biz bu işdə yaxşıyıq”,- Belarus prezidenti qeyd edib.

 

Lukaşenko xatırladıb ki, taktiki nüvə silahları ilə birgə təlimlərin keçirilməsi onun təşəbbüsü olub.


Firuzə Əliyeva


 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
Mənbələr
Şərh ()
Bağla