AZ

Almaniya Rusiya raketləri ilə mübarizənin qeyri-ənənəvi üsulunu tapıb

Ukrayna üzərində Rusiya raketləri Şimali Atlantika Alyansı (NATO) ərazisindən atılan mərmilərlə vurularsa, Qərb münaqişənin kəskinləşməsindən qorxmamalıdır.

 

Oxu24.com  xəbər verir  ki,bu sözləri istefada olan alman generalı Klaus Vittmann Welt telekanalında deyib.

 

“Bizi birbaşa bu münaqişəyə cəlb etmək qorxusu şişirdilmişdir. Hesab edirəm ki, bu təklif çox ağlabatandır”, - deyə hərbçi bildirib.

 

O, həmçinin qeyd edib ki, bu cür taktika Ukrayna hava hücumundan müdafiə qüvvələrinin yükünü götürəcək və onlardan cəbhəni qorumaq üçün daha fəal istifadə etmək olar.

 

Bundan əvvəl ABŞ qeyd etdi ki, Ukraynanın hava hücumundan müdafiə sistemlərinin effektivliyi nəzərəçarpacaq dərəcədə azalıb.

 

Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının statistik məlumatlarına görə, son 6 ayda Ukrayna hərbçiləri Rusiya raketlərinin 46%-ni tuta biliblərsə, əvvəllər bu rəqəm 73% təşkil edirdi. Keçən ay ələ keçirmə nisbəti 30%-ə düşüb.

 

Bundan əvvəl Yunanıstan Ukraynaya hava hücumundan müdafiə sistemləri verməkdən imtina edib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
44
oxu24.com

10Mənbələr