AZ

Estoniya Rusiya aktivlərini necə satacağına qərar verib

Estoniya parlamenti (Riigikogu) Rusiya vətəndaşlarının dondurulmuş aktivlərinin müharibənin Ukraynaya vurduğu zərərin ödənilməsi üçün istifadəsinə icazə verən qanun qəbul edib.

 

Oxu24.com  xəbər  verir ki, bu barədə Postimees məlumat yayıb.

 


Riiqikoqu deputatlarından 65-i qanunun qəbulunun lehinə, üçü isə əleyhinə səs verib.

 

“Rusiya təcavüzkar ölkədir, onun vurduğu hərbi ziyana görə kompensasiya Ukraynanın çiyninə düşə bilməz və onun müttəfiqləri ziyana görə məsuliyyət daşıyır və bu məsuliyyəti də öz üzərinə götürməlidir”, - deyə Konstitusiya Komitəsinin sədri bildirib. 

 

Onun sözlərinə görə, Ukraynadakı işğalçı müharibənin vurduğu zərərin ödənilməsi öhdəliyini təmin etmək üçün artıq beynəlxalq sanksiyalar altında dondurulmuş və sahiblərinin hələ də istifadə edə və ya sərəncam verə bilmədiyi aktivlərdən istifadə etmək olar.

 

"Bu gün qəbul edilən qanunla Estoniya təcavüzdə birbaşa iştirak edən və ya ona töhfə verən insanların və şirkətlərin məsuliyyətini nəzərdə tutan mexanizm təklif edir",- deyə  Terras bildirib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
44
oxu24.com

10Mənbələr