AZ

Ülvi Həsənli və Sevinc Vaqifqızı ev dustaqlığına buraxılmadı


Mayın 9-da “Abzas Media”nın direktoru Ülvi Həsənlinin və baş redaktor Sevinc Vaqifqızının (Abbasova) ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlərə baxılıb.
Yeniavaz.com
“Abzas Media”ya istinadla xəbər verir ki, vəkil Zibeydə Sadıqova Xətai Rayon Məhkəməsində keçirilən hər 2 prosesdə vəsatətlərin təmin edilmədiyini bildirib.
“Ülvi Həsənli artıq 7 aya yaxındır ki, həbsdədir. Onunla bağlı xüsusi bir istintaq hərəkləti aparılmır. Həm də 1 yaşlı qızı var. Bunları nəzərə alıb məhkəməyə müraciət etdik ki, ev dustaqlığı ilə bağlı qətimkan tədbiri seçilsin. Nə istintaq, nə də məhkəmə çağırsa, yayınası deyil. Əgər gəlməzsə, bu zaman barəsində başqa qətimkan tədbiri seçilər. Çox təəssüf ki, məhkəmə bizim bu vəsatətimizi təmin etmədi. Artıq bununla bağlı 3-cü vəsatətdir veririk. Bundan əlavə Sevinc Vaqifqızının da vəkili ev dustaqlığı ilə bağlı müraciət etmişdi, o vəsatət də təmin edilmədi”, - vəkil bildirib.
Məhkəmədə çıxış edən Ülvi Həsənli bildirib ki, cinayət işi əsassızdır. Ona 1 saylı Bakı İstintaq Təcridxanasında ailəsilə normal görüş üçün şərait yaradılmır. O da vəsatətin təmin edilməsini istəsə də, məhkəmə bu istəyi nəzərə almayıb.
Qeyd edək ki, “Abzas Media”nın rəhbərliyi və əməkdaşları ötən ilin noyabrından etibarən “qaçaqmalçılıq” ittihamı ilə həbs ediliblər. Hazırda medianın 6 üzvü 6 aya yaxındır ki, həbsdədir.  Jurnalistlər isə onlara qarşı sürülən ittihamları qəbul etmir və saxlanılmalarına səbəb kimi “Abzas Media”da dərc olunan korrupsiya araşdırmalarını göstərirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
11
Mənbələr
Şərh ()
Bağla