AZ

Jurnalist Elnarə Qasımova ev dustaqlığına buraxılmayıb

"Abzas Media" işi üzrə həbs olunan Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatəti təmin olunmayıb. Bu barədə Xətai Rayon Məhkəməsində qərar verilib.
 
Bundan öncə Apellyasiya Məhkəməsi jurnalist Elnarə Qasımovanın həbs müddətinin uzadılması ilə bağlı şikayəti də təmin etməyib. 
 
2023-cü ilin dekabrın 14-də Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci ( qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və 3 ay müddətinə həbs edilib. 
 
Elnarə Qasımova yanvarın 13-də şəxslərin qabaqcadan əlbirliyi ilə qaçaqmalçılıqda (CM-nin 206.3.2-ci maddəsi) ittiham edilərək saxlanılıb.
 
Yanvarın 15-də məhkəmə onun barəsində həbs qətimkan tədbiri olaraq 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. 
 
Martın 7-də isə onun həbs müddəti 3 ay uzadılıb.
 
Aytac

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
1
anews.az

10Mənbələr