AZ

Məhkəmə jurnalisti ev dustaqlığına buraxmadı

"Abzas Media" nəşrinin əməkdaşlarına qarşı cinayət işi üzrə həbs olunan jurnalist Elnarə Qasımovanın həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin edilməyib. 

Bu barədə "Turan"a vəkili Günay İsmayılova bildirib.

Vəkilin sözlərinə görə, vəsatətə aprelin 30-da Xətai Rayon Məhkəməsində baxılıb.

"Elnarə Qasımova jurnalist fəaliyyətinə görə həbs olunduğunu və ittiham üzrə günahkar olmadığını bildirdi. Lakin buna baxmayaraq, məhkəmə vəsatəti təmin etmədi. Məhkəmə qərarından apellyasiya şikayəti veriləcək", - deyə vəkil İsmayılova qeyd edib. 

Elnarə Qasımova yanvarın 15-də həbs olunub. 

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. 

Hazırda "Abzas Media"nın işi üzrə daha 6 jurnalist və mətbuat işçisi həbsdədir. 

Aprelin 29-da isə doqquzuncu şəxs - hüquq müdafiəçisi Anar Məmmədli saxlanılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
222
11
arqument.az

10Mənbələr