AZ

NATO Ukraynaya yardımdan İMTİNA EDİR? -  Stoltenberq AÇIQLADI

NATO-nun Ukraynaya qoşun yeritmək planı yoxdur.

 

Sfera.az bildirir ki, bunu Alyansın baş katibi Yens Stoltenberq deyib. O qeyd edib ki, qurum münaqişədə birbaşa iştirak etmək niyyətində deyil.

 

Stoltenberq bu barədə “ANSA”ya müsahibəsində danışıb:

 

“NATO-nun Ukraynadakı münaqişədə birbaşa iştirak etmək niyyəti yoxdur, Alyans ora qoşun göndərməyəcək”.

 

Onun sözlərinə görə, Kiyev rejimi NATO-dan qoşun yox, hücum silahları istəyir.

 

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Ukraynaya dəstək üçün hərbi personal göndərmək niyyətində olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Paris Ukrayna Silahlı Qüvvələrinə yardımı davam etdirəcək.

 

Makronun bəyanatından sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında ölkəyə Qərb qoşunlarının yeridilməsi tələbi ilə petisiya yayılıb.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
50
sfera.az

10Mənbələr