AZ

Azərbaycan Avropa Birliyi Uşaq Cərrahları Assosiasiyası konfransına ev sahibliyi edib


Bakıda Avropa Birliyi Uşaq Cərrahları Assosiasiyasının konfransı və ustad dərsləri keçirilib. Dünya üzrə tanınmış uşaq cərrahı və Avropa Birliyi Uşaq Cərrahları Assosiasiyasının ötənilki prezidenti Amulya Saxenanın, onunla birgə Londonda “Çelsi və Vestminster Xəstəxanası”nda uşaq cərrahı kimi çalışan həmyerlimiz İlhamə Cəfərlinin, Şotlandiyadan Atul Sabharvalın, Türkiyədən olan uşaq cərrahları Orhan Engün və Tutku Soyerin, Azərbaycandan isə Allahverdi Musayev, Fuad Hüseynov, Toğrul Ömərov, Cavid Nağıyev və Toğrul Ömərovun təşkilatçılığı ilə keçirilən konfrans uğurla başa çatıb.



Konfransda həkim-mütəxəssislərin məruzələri dinlənilib, cərrahiyyə əməliyyatlarının görüntüləri nümayiş olunub. Tədbirdə əsas diqqət həkimlərin tibbi biliklərinin təkmilləşdirilməsinə və səhiyyə sahəsində elmi-tibbi yeniliklərin tətbiqinin genişləndirilməsinə yönəldilib. Çıxışlarda konfransın keçirilməsinin bilik və təcrübə mübadiləsinin aparılması, dünyanın müxtəlif ölkələrindən olan təmsilçilərlə əməkdaşlığın qurulması üçün imkanlar yaratdığı bildirilib. 


Tibb sahəsi üzrə proqramların təkmilləşdirilməsinin, tibb təhsili coğrafiyasının genişləndirilməsinin vacibliyi vurğulanıb. Adətən Avropanın seçilmiş ölkələrində keçirilən konfransa bu dəfə Azərbaycanın ev sahibliyi etməsi əlamətdar hadisə hesab olunur. Dünya tibb aləmində əks-səda doğuran konfransın Bakıda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə növbəti uğurudur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
Mənbələr
Şərh ()
Bağla