Konfransda həkim-mütəxəssislərin məruzələri dinlənilib, cərrahiyyə əməliyyatlarının görüntüləri nümayiş olunub. Tədbirdə əsas diqqət həkimlərin tibbi biliklərinin təkmilləşdirilməsinə və səhiyyə sahəsində elmi-tibbi yeniliklərin tətbiqinin genişləndirilməsinə yönəldilib. Çıxışlarda konfransın keçirilməsinin bilik və təcrübə mübadiləsinin aparılması, dünyanın müxtəlif ölkələrindən olan təmsilçilərlə əməkdaşlığın qurulması üçün imkanlar yaratdığı bildirilib. Tibb sahəsi üzrə proqramların təkmilləşdirilməsinin, tibb təhsili coğrafiyasının genişləndirilməsinin vacibliyi vurğulanıb.
Adətən Avropanın seçilmiş ölkələrində keçirilən konfransa bu dəfə Azərbaycanın ev sahibliyi etməsi əlamətdar hadisə hesab olunur. Dünya tibb aləmində əks-səda doğuran konfransın Bakıda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə növbəti uğurudur.