AZ

Konfrans Liqasında ikinci finalçı hansı komanda olacaq?

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün yarımfinal mərhələsinin sonuncu cavab oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci finalçı Yunanıstanda müəyyənləşəcək.

Belə ki, bu ölkəni təmsil edən “Olimpiakos” doğma meydanda İngiltərənin “Aston Villa” komandasını sınağa çəkəcək. Afina klubu səfərdə adlı-sanlı rəqibinə qalib gəlib – 4:2.

Xatırladaq ki, daha öncə İtaliyanın “Fiorentina” komandası Belçika “Brügge”sini mübarizədən kənarlaşdıraraq finala vəsiqəni təmin edib – 3:2, 1:1.

Avropa Konfrans Liqasında final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda baş tutacaq.

Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları
8 may

20:45. “Brügge” (Belçika) – “Fiorentina” (İtaliya)
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Brügge. Jan Breydel stadionu.
İlk oyun – 2:3.

9 may

23:00. “Olimpiakos” (Yunanıstan) – “Aston Villa” (İngiltərə)
Baş hakim: Feliks Zvayer (Almaniya).
Piyer. Georgios Karaiskakis stadionu.
İlk oyun – 2:4.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
50
Mənbələr
Şərh ()
Bağla