AZ

Putinin bu gün saat 16:00-da İrəvanda planlaşdırdığı baş tutacaqmı?..

“9 May saat 16:00-da Respublika Meydanında Ümummmilli Mitinqə qoşulun!”
 
Moderator.az xəbər verir ki, bu cür çağırışlar Ermənistanın rusiyayönlü mediasında, o cümlədən telegram-kanallarında yayılıb.
 
“Mayın 9-da saat 11:00-da Abovyandan İrəvana yürüş başlayacaq.
 
Saat 16:00-da isə Respublika meydanında ümumxalq mitinqi - “Vətən naminə Tavuş” hərəkatı başlayır”- çağırışda belə deyilir.
 
Xatırladaq ki, mayın 5-də Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə Azərbaycanla sərhədin Qazaxın məlum 4 kəndindən start götürən delimitasiyasına  etiraz edən bir qrup erməni sərhədlərin guya “birtərəfli delimitasiyası prosesini dayandırmaq üçün”  Kirants(Güney) kəndindən İrəvana yürüşə başlayıb.
 
P.S. Bu günlərdə Paşinyan komandasının ən fəal üzvlərindən olan deputat Andranik Köçəryan keşiş Baqratın “Rusiyanın ən yaxşı agentlərindən biri olduğunu" açıq şəkildə bəyan edib...
İrəvandakı etiraz mitinqinin də məhz Moskvada qələbə paradının keçirildiyi 9 may tarixinə nəzərdə tutulması da təsadüfi deyil... Görək Putinin bu gün İrəvanda planlaşdırdığı təxribat necə iflasa uğrayacaq?..
 
S.Laçın

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
28
Mənbələr
Şərh ()
Bağla