AZ

Erməni keşiş mitinq və küçə yürüşlərinə fasilə vermək məcburiyyətində qalıb: Kütləvilik alınmadı

Erməni keşiş mitinq və küçə yürüşlərinə fasilə vermək məcburiyyətində qalıb. Kütləvilik alınmadı. Keşiş növbəti mərhələdə küçədən otaq müzakirələrinə keçməyi planlaşdırır, o müxalifət nümayəndələri ilə görüşlərə start veriləcək.

Bu mərhələ də nəticə verməyəcək. Müxalifət keşişin işə yaramadığını anlamağa başlayıb. Baş nazir Nikol Paşinyan keşiş və onun arxasınca gedənlərdən narahat olsaydı, Danimarkadakı konfransa getməz, İrəvanda qalardı. Müxalifət keşişi də xərcləyəndən sonra Paşinyana qarşı müqaviməti davam etdirmək üçün başqa alternativ axtarmalı olacaq. Əslində müxalifət İkinci Qarabağ müharibəsinən sonra Paşinyanı devirmək üçün mümkün bütün alətlərdən istifadə edib, heç biri nəticə verməyib. Bunun sadə səbəbi var, cəmiyyətin əksər hissəsi radikalların arxasınca getmək istəmir. Ancaq Paşinyan da tələsməlidir, nə qədər ki, reytinqi aşağı enməyib Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına nail olmalıdır.

Elxan Şahinoğlu

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
267
50
visiontv.az

10Mənbələr