Təxminən 15-20 min məhbus Ukrayna Silahlı Qüvvələrində xidmət edə bilər.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın hakim "Xalqın Xidmətçisi" fraksiyasının Ali Radadakı rəhbəri David Araxamiya deyib.
"Onlardan neçəsinin müqavilə imzalayacağını bilmirik, çünki bu, tərəflərin razılığı ilə baş verəcək", - D.Araxamiya bildirib.
Qeyd edək ki, bu gün Ukrayna Ali Radası müəyyən kateqoriyalı məhbusların Ukrayna Silahlı Qüvvələri sıralarına göndərilməsinə razılıq verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun