AZ

Beyl keçmiş klubu haqqında: "Başqa bir oyun, eyni mentalitet"

Qaret Beyl "Mançester Yunayted" (3) və "Mançester Siti"dən (1) daha çox Çempionlar Liqasını (5) qazanıb. 

90deqiqe.Az xəbər verir ki, BBC, keçmiş Uels kapitanı haqqında hazırladığı yazıda belə qeyd edib. O, yarış tarixinin ən uğurlu klubu olan "Real Madrid"də doqquz il keçirib. 

Beyl 2018-ci ildə "Liverpul"a qarşı oyunda əvəzedici kimi meydana çıxdıqdan sonra iki qol vuraraq, komandasının növbəti mərhələyə keçməsində böyük pay sahibi olub. 

Onun həmin finalda ilk, hədsiz dərəcədə yuxarıdan vurulan zərbəsi haqqında keçmiş "Liverpul" kapitanı Stiven Cerrard belə demişdi: "Daha yaxşı qol görməyəcəksiniz. Bu, milyonda birdir, mən hətta cəhd etməzdim."

Qaret Beyl, "Kral klubu"nun Çempionlar Liqasının finalına gedən yolu haqqında danışarkən: "Onlar çox yaxşı idilər, çox ardıcıl idilər və Çempionlar Liqasının finalında olmalarının və artıq liqanı qazanmasının bir səbəbi var. Bu, mentalitetdir, gözlənti başlanğıcdan böyük olur və onlar finalda yalnız sakit olacaqlar. Başqa bir oyun, həmişə olduğu kimi eyni mentalitet...Oyunda qalib gəlməyə və daha bir kubok qazanmağa çalışacaqlar", deyib. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
50
90deqiqe.az

10Mənbələr