AZ

Avropa boykot etdi- Makron Putinin "özəl gününə” 6 səfir göndərdi...

Image

Tofiq Abbasov: “Makron ikiüzlülük göstərir, riyakarlıq nümayiş etdirir”

Vladimir Putin beşinci dəfə Rusiya prezidenti vəzifəsinin icrasına başlayıb. Onun yeni səlahiyyət müddəti 2030-cu ilə qədər davam edəcək. Hökumət inauqurasiyadan sonra avtomatik olaraq istefa verib. ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşlarına Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməmək tapşırılıb. Bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pyer bildirib:

“ABŞ səfirliyinə andiçmə mərasimində iştirak etməməyi tapşırıb. Bildiyiniz kimi, bu addım Rusiyanın Ukraynaya təcavüzünə etiraz əlaməti olaraq atılıb”.

ABŞ-ın bu addımına baxmayaraq, Fransanın rəhbırliyi altında Avropa İttifaqının 6 ölkəsi: Fransa, Yunanıstan, Kipr, Malta, Macarstan  və Slovakiyanın səfirləri inauqurasiyada iştirak edib. Məlumdur ki, Aİ inauqurasiyada iştirak etməməklə bağlı qərar verib. Burada, xüsusilə də  Fransanın iküzlü siyasəti aydın şəkildə özünü göstərir. Çünki Fransa Aİ-də söz sahibi olan ölkədir. Onun razılığı olmasa, özündən başqa 5 Avropa ölkəsi bu tədbirdə iştirak etməzdi. Deməli, belə çıxır ki, Fransa bir tərəfdən əlinə silah alıb  Ukraynada Rusiya  ilə vuruşur, digər tərəfdən isə Moskvaya xoş gələn siyasi jestlər edir. Buna necə qiymət vermək olar?

Siyasi şərhçi Tofiq Abbasov “ Bakı -Xəbər “ - ə açıqlamasında bildirdi ki, Fransanın son dövrdəki siyasəti çoxsaylı suallar doğurur və bu dövlətin siyasi dairəsinin nə etdiyinin fərqinə varıb-varmamağı insanı təəccübləndirir: “Çünki çox təzadlı, anlaşılmaz, suallar doğuran, təxribatyönlü addımlar  burada özünü göstərir. Bilmək olmur ki, Fransanın siyasətinin ana xəttini nə təşkil edir. Əvvəlcə deyir ki, NATO ölkələri Ukraynaya qoşun göndərməlidirlər. Bu minvalla da Fransa həmin  münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Başqa ölkələri bu prosesə qatmaq o deməkdir ki, rəsmi Paris yeni dünya müharibəsini həyata keçirmək istəyir. Digər tərəfdən, Rusiyanı vadar edir ki, Putin taktiki nüvə silahının istıfadəsi ilə bağlı təlimlər keçirsin, hazırlıq işləri aparsın. Bu da əks cavab sayıla bilər. Çünki bəllidir ki, Qərbdə ən radikal qüvvələr silah-sürsatın, canlı qüvvənin verilməsini məqbul sayırlar. Ancaq kritik xəttən uzaq durmaq lazımdır. Vəziyyət çox həssasdır. Biz görürük ki, hərbi kontingentlər başqa ölkələrdən Ukraynanın  hərbi arenasına göndərilməsə də, silah - sürsat güclü şəkildə göndərilir. Hətta aviasiya vahidlərinin də göndərilməsi ilə bağlı qərarlar var. Hərbi ekskalasiya yeni, daha gərgin bir müstəviyə çıxır. Odur ki, inauqurasiya prosesində altı ölkənin səfirlərinin iştirakı ondan xəbər verir ki, Fransa başqalarının adından danışarkən birincisi öz səlahiyyətlərini aşır. Digər tərəfdən, başqa ölkələrin razılığı olmadan özbaşına fəaliyyət göstərir. Nəhayət çalışır ki, Amerikanın qarşısında özünü Avropa İttifaqının “sinifkomu”  kimi təsdiqləsin. Bəllidir ki, Amerikanın Avropadakı mövqeləri zəifləyib. Digər tərəfdən, Amerika iddia edir ki, biz Yaxın Şərqi də tərk etmək üzrəyik. Amerika üçün indi ən vacib olan Çin və Çinətrafı yerlərdəki vəziyyətdir. Əsas rəqiblər kimi ilk növbədə Moskvanı, sonra isə Pekini görür. Moskvanı o prizmadan nəzarətində saxlayır ki, əvvəlcə Rusiyanın məsələsini həll etdikdən sonra bilavasitə Çinlə məşğul olmalıyıq. Bu proseslərin də hamısının kökündə görürük ki, ən mənfur rolu Makron özü oynayır. Onun istəkləri aydındır, bəllidir. Nə Avropa İttifaqında, nə də NATO - da Fransanın, Makronun nüfuzu o səviyyədə deyil ki, o bir təşəbbüsü elan etdikdən sonra hamı kollektiv sürətdə ona qatılsın və onu dəstəkləsin. Makron öz imkanlarını, istəklərini, ambisiyalarını olduğundan qat-qat üstün bir tərzdə qiymətləndirir. Bu da qeyri-məqbul bir yanaşmadır. Mən düşünürəm ki, ilk növbədə Makron ikiüzlülük göstərir, riyakarlıq nümayiş etdirir. Nəhayət, dünyanın siyasi arenasında ən anlaşılmayan siyasi mövqe sərgiləyir. Əlbəttə, belə olduğu halda ona heç bir dövlət bel bağlamayacaq. Nə Malta, nə Macarıstan, Kipr, nə də Slovakiya bu dövlətlər sırasına daxildir. Slovakiyanın baş naziri Robert Hitonun Bakı səfərindən də anladıq ki, Bratislavanın özünün bu məsələlərlə bağlı xüsusi münasibəti var. Heç də Bratislava kortəbii şəkildə Fransaya qoşulmaq niyyətində deyil. Eyni sözləri biz Macarıstan və digər dövlətlər barədə də deyə bilərik. Fransanın özünə gəldikdə isə, Fransa hər zaman özünü nalayiq şəkildə nümayiş etdirir. Xüsusən də son  10 - 15 il ərzində bunu edib. Bu da ona heç vaxt başucalığı gətirmir. O ki  qaldı Makronun öz şəxsi reytinqinə, çox aşağı bir səviyyədədir. Onun bu təxribatyönlü yanaşmaları ilk növbədə onun imic itkiləri ilə nəticələnir, gələcəkdə də nəticələnəcək. Mən elə başa düşürəm ki, Fransanın indiki siyasəti ikiüzlü siyasətdir. Nə Makrona, nə onun ölkəsinə dividend qazandıra bilməyəcək”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13970
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11168
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9154
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2994
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2538
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2268
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2162
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2111
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1832
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1590
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1163
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
767
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
759
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
711
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
669
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
666
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
617
Arda Gülər dayanmır, yenə fərqləndi -
590