AZ

Paşinyan həm Qərbi, həm də Ermənistanı aldadıb

“Qərblə Rusiya arasında qarşıdurma dərinləşdiyi halda, Cənubi Qafqazda da gərginliyin artması müşahidə olunur. Gürcüstan bəzi qüvvələrin ölkənin daxili siyasi həyatında nifaq salmaq cəhdlərinə baxmayaraq, iki böyük qlobal qüvvənin toqquşma zonasına düşməmək üçün hər cür cəhd edir. Əgər əvvəllər Gürcüstan özünü tamamilə qərbyönlü blokda görürdüsə, indi vəziyyət dəyişib və Tbilisi də ölkənin maraqlarını əsas götürərək, Moskva ilə xüsusən də iqtisadi sahədə sıx əməkdaşlıq edir və böyük fayda əldə edir”.

Publika.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Azərbaycanın Avropaya qaz ixracını artırdığı, digər tərəfdən Rusiya qazının daxili tələbat üçün olması yanaşması çərçivəsində Rusiyadan idxal etdiyi qazın həcmini də artırdığı qeyd olunub.

“Ancaq aydındır ki, Rusiya qazı Avropada asanlıqla peyda ola bilər. Bundan başqa, Türkiyə də bölgədə geosiyasi oyunçudur. Rusiyanın Cənubi Qafqazda mövqeləri zəifləyir, lakin bu, Rusiyanın regionu tərk etməsi demək deyil. Bütün bunların fonunda Ermənistan-Rusiya münasibətləri problemli xarakter alır. Artıq uzun müddətdir ki, Ermənistan hakimiyyəti KTMT və Rusiyanı ittiham edir, digər gücləri, ilk növbədə, Qərbi regiona dəvət edir. Praktiki nöqteyi-nəzərdən Qərbin Cənubi Qafqazda mövcudluğu yoxdur, ancaq Türkiyə vasitəsilə öz maraqlarını irəli sürə bilər. Ermənistanın hazırkı hakimiyyətinin yeritdiyi siyasət Ermənistanın “forpostluğunun” qarşısının alınması çərçivəsində şərh olunur.

Rusiya tərəfinə qarşı ictimai şikayətlərə baxmayaraq, Ermənistan Rusiyanın rəhbərlik etdiyi iqtisadi strukturların, xüsusən də Aİİ-nin verdiyi iqtisadi imkanlardan yararlanmaqda davam edir. Aİİ mexanizmlərinin tətbiqi nəticəsində Ermənistan yüksək iqtisadi artımı təmin edir. Ermənistan hakimiyyəti də Avrasiya İqtisadi İttifaqının xüsusi iqtisadi əhəmiyyətini daim vurğulayaraq, onun siyasiləşdirilməməsi lazım olduğunu qeyd edir. Bir neçə gün əvvəl Nikol Paşinyanın sədrliyi ilə Avrasiya İqtisadi Şurasının növbəti sessiyası keçirilib. O, çıxışında Avrasiya İqtisadi İttifaqında enerji daşıyıcılarının ümumi bazarlarının yaradılmasının həddən artıq ləngidiyini xatırladıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
316
50
publika.az

10Mənbələr