AZ

Azərbaycanda ilk dəfə “Pandemiya memorial park”ı açıldı-Foto,Video

Ölkəmizdə koronavirus qurbanlarının xatirəsinə həsr olunmuş “Pandemiya memorial parkı”nın açılışı oldu.

XALQ.AZ xəbər verir ki, bu, dünyada ikinci, Azərbaycanda isə ilk belə memorial abidədir.

Belə bir abidə ilk dəfə Britaniyada yaradılıb.

Azərbaycanda isə tanınmış ictimai xadim, Azərbaycanda Vətəndaş Cəmiyyətinin əsasını qoyanlardan biri, “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru, Sülh Səfiri İslam Baxşəliyevin təşəbbüsü ilə yaradılan bu parkın açılışında xarici ölkə səfirlikləri, millət vəkilləri və tanınmış ictimai xadimlər iştirak ediblər.

Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, xanım Mariya Viktoriya Romero Kabalyero, Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rza, Kuzey Kıprıs Türk Cümhuriyyətinin Azərbaycandakı Təmsilçisi xanım Ufuk Arca Turganer,
Millət vəkillərimizdən: Nəsib Məhəməliyev, Arzu Nağıyev , Səməd Seyidov,   Müşfiq Cəfərov, Vüqar Bayramov, ictimaiyyət nümayəndələri, Qərbi Azərbaycan TV və DJ Turok iştirak etmişlər.

Qeyd edək ki, parkdakı korona maketi gənc heykəltaraş Süleyman Rüstəmova, digər heykəllər isə gənc heykəltaraş Ramal Kazıma məxsusdur. Hər iki heykəltaraş xarici ölkələrdə keçirilən simpoziumlarda iştirak etmiş və yaratdıqları əsərlərlə diqqəti cəlb etmişlər. Süleyman Rüstəmov hal hazırda Almaniyada işə dəvət olunduğundan parkın açılışında iştirak etmir.

Eyni zamanda İslam Baxşəliyev qeyd etdi ki, Pandemiya Qurbanlarının xatirəsini yad etmək üçün bu tədbir hər il 7 mayda qeyd ediləcəkdir. Məqsəd insanları bir araya toplamaq, onlar arasında ünsiyyətə nail olmaqdır.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
16342
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12069
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9742
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3800
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3296
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2985
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2792
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2425
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2017
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1999
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1439
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1035
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
939
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
930
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
915
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
912
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
789
Mayın ilk gününün havası açıqlanıb
782
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721