AZ

Parça kuklalar yaradan heykəltaraş: “Onlarla danışıram” - VİDEO

İxtisası heykəltaraş olan Tamella Qurbanova 500-ə qədər parça kukla yaradıb.

 

Modern.az xəbər verir ki, bu barədə İTV süjet hazırlayıb.

 

O, həmin kuklaları kiçikölçülü heykəllər adlandırır.

 

“Mən onlarla danışıram, yaradıram. Bu, çox çətin prosesdir. Elə kukla var, onları iki aya yaradıram. Lakin bəziləri üçün də iki həftə vaxt lazım olur”, - deyə heykəltaraş bildirib.

 

Tamella Qurbanova müxtəlif obrazlar yaratdığını vurğulayıb. Bunlara acgöz sultan, damdabaca, evini qoruyan ruh kimi personajları misal gətirmək olar.

 

Daha ətraflı İctimai TV-nin süjetində:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
232
6
modern.az

10Mənbələr