AZ

Bu sürücülər 400 manat cərimələnəcək

Spirtli içki istifadə edərək avtomobil idarə edən sürücülərə hələ də rast gəlinir. Həm öz, həm də digərlərinin həyatlarını təhlükəyə atmalarına rəğmən bəzi sürücülər sərxoş halda sükan arxasına əyləşirlər. 

Ucnoqta.az xəbər verir ki, sərxoş halda avtomobil idarə etmək ən yaxşı halda qayda pozuntusu, ən pis halda isə ağır qəzalar və insan ölümləri ilə nəticələnir. 

Spirtli içki istifadə edərək avtomobil idarə edən sürücüləri müəyyən etmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları mütəmadi olaraq reydlər keçirirlər. Bəzi sürücülər sərxoş halda avtomobil idarə etdikləri müəyyən olunduğu halda onları hansı cəzanın gözlədiyindən xəbərsizdir. 

Baş DYP İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev baku.ws-ə bildirib ki, edilən xəbərdarlıqlar və görülən tədbirlərə baxmayaraq bəzi sürücülər yol hərəkəti qaydalarına qarşı hələ də biganə yanaşırlar və bu da sonda xoşagəlməz hadisələrin baş verməsi ilə nəticələnir:

"Bəzi sürücülər spirtli içkinin təsiri altında avtomobil idarə edilər ki, bu da həm sürücü, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün birmənalı olaraq potensial təhlükədir. Dövlət Yol Polisi əməkdaşları tərəfindən sürücünün nəqliyyat vasitəsini idarə edərkən şübhə doğuran hal aşkar olunan zaman sürücü yoxlanılır. Həmin sürücü əgər nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə edirsə, onun barəsində ciddi intizam tədbiri görülür. 

Əgər sürücünün nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etməsi aşkarlanarsa, İnzibai Xətalar Məcəlləsinin 333.1 maddəsinə əsasən onu 400 AZN cərimə və 5 cərimə balı gözləyir, və ya 6 aydan 12 aya qədər sürücülük vəsiqəsi məhdudlaşdırılır". 

Qeyd edək ki, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi zamanı nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13301
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10481
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8941
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2814
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2384
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2135
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2013
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1806
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1524
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1459
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
939
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
675
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
660
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
611
Arda Gülər dayanmır, yenə fərqləndi -
566
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
558
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
524
Azərbaycan nefti ucuzlaşdı
505