AZ

Alzheimer geni kəşf edildi

İspaniyanın Barselona şəhərindəki Sant Pau Tədqiqat İnstitutunun alimləri, insanda Alzheimer xəstəliyinin yaranmasına səbəb olan gen aşkar ediblər.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 10 mindən çox insanın və 3 mindən çox beyin donorunun klinik məlumatlarını təhlil edən komanda, “APOE4” adlı genin 2 nüsxəsi olan 65 və daha yuxarı yaşda olan insanların 95 faizindən çoxunda xəstəliyin erkən əlamətlərinin olduğunu müəyyən edib. Araşdırmaya görə, insanların 2 faizində cüt “APOE4” genləri var. Bu kəşf “APOE4” genini basdıracaq və simptomlar görünməzdən əvvəl xəstəliyi aradan qaldıracaq bir müalicənin inkişafına səbəb ola bilər. Bundan əvvəl avstraliyalı aktyor Kris Hemsvortun bu genin 2 nüsxəsini daşıdığı açıqlanmışdı. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla