AZ

Putinlə Paşinyanın görüşü - GÖZLƏNTİLƏR

Bu gtün Moskvada Avrasiya İqtisadi İttifaqının növbəti toplantısı keçirilir.

Herbiand.az xəbər verir ki, Emənistanın baş naziri Nikol Paşinyan artıq tədbirdə sədrlik etmək üçün Moskvaya yola düşüb.

Bu səfərdən və nikol paıinyanın Vladimir Putinlə keçirəcəyi görüşdən gözləntilər var.

Bəzi ekspertlər hesab edir ki, bu görüşdın sonra Rusiyanın siyasıtində ola biləcək korrektələr gələcəkdə Qafqazda baş verənlər üçün anons ola bilər.

Dünən kçeidiyi mətbuat konfransında Nikol Paşinyan bir sıra suallara cavabn patmaq üçünb belə bir görüşə ehtiyac olduğunu bildirib.

“Putin və Paşinyan arasında görüş hər iki tərəfə lazımdır və gözləniləndir”.

Bu fikirləri isə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O hesab edir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqında iştirakını dayandırması onların özü üçün zərərli ola nbilər: “İnteqrasiya iştirakçı ölkələrin sürətli inkişafını təmin edir və inteqrasiyanın davam etdirilməsi onların maraqlarına uyğundur.

Siyasi müşahidəçi və Strateji Mədəniyyət Fondunun eksperti Andrey Areşev hesab edir ki, Ermənistanın indiyədək mövcud siyasəti Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdən gözləntiləri təmkinli qiymətləndirməyə təşviq edir.

Ekspertin sözlərinə görə bu gün baş tutacaq görşün və ümumiyyətlə Avrasiya İqtisadi İttifaqı çərçivəsində görüşün uğurlu olacağını söyləmək çətindir.

Andrey Areşev bu məsələdə Ermənistan liderinin destruktiv mövqeyinin əsas rol oynadığını da bildirb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
48
Mənbələr
Şərh ()
Bağla