AZ

Tahir Kərimli: “Deputatlığın yaşa dəxli yoxdur, parlamentdə iş qabiliyyəti olanlar işləyəcək, olmayanlar gedəcək”

“Dünyanın heç bir parlamentində yuxarı yaş senzi yoxdur. Görürük ki, ABŞ-də prezident olmaqdan ötrü 80 yaşlı kişilər bir-biriləri ilə mübarizə aparırlar. Deputatlığın da yaşa dəxli yoxdur, təki, deputatın iş qabiliyyəti olsun, seçicilərinin istəyini doğrultusun. Belə bir qanun, qayda, kriteriya mövcud deyil. Heç "centlmen sazişi" də yoxdur. Təbii ki, parlamentdə iş qabiliyyəti olanlar işləyəcək, olmayanlar gedəcək. Onsuz da gənclərə yer verilir. Keçən seçkilərdə 40 nəfərə yaxın gənc parlamentdə təmsil olundu. Budəfəki seçkilərdə də, yəqin, gənclər təmsil olunacaqlar. Bu yaxınlarda hakimlərlə bağlı açıqlamamda dedim ki, qadınların, gənclərin təmsil olunmalarını çox arzulayıram. Amma bu seçim süni şəkildə yox, təbii olmalıdır. Özünü doğruldan deputatlar, xalqın içində yaxşı nüfuzu olan adamlar öz namizədliyini irəli sürməlidir”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 

 

T.Kərimli qarşıdan gələn parlament seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi barədə suala isə belə cavab verib: “Bu haqda fikirləşirik. Partiya ilə məsləhətləşmələr aparırıq. Bilirəm ki, partiyamız parlament seçkilərində iştirak edəcək. Qapalı Vəhdət Partiyası qrupunda bu məsələlər hər gün müzakirə olunur. Hansı rayondan, şəhərdən kim namizədliyini versin, kim seçki komissiyasında necə təmsil olunsun və s. Bu məsələlər müzakirə mərhələsindədir”. 

 

Aytəkin Qardaşova 

 

Tarix: 8 May 2024, 11:43   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
6578
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6462
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1184
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
993
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
971
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
970
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
969
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
564
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
356
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
301
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
295
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
263
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
193
Arda Gülər dayanmır, yenə fərqləndi -
176
Arda dubl etdi - VİDEO
156
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
156
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
143
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
140
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
116
“Mançester Siti” İngiltərə çempionu olub
113