AZ

İqbal Ağazadə deputat olmaq istəyir: "Bu dairədə məni tanıyırlar"

Ümid Partiyasının sədri İqbal Ağazadə Milli Məclisə seçkilərdə namizədliyini irəli sürəcəyi dairəni açıqlayıb.
 
Partiya sədri Qaynarinfo-ya bildirib ki, 36 saylı Xətai-Suraxanı dairəsindən namizəd olacaq.

"Sadəcə, dairədə qismən dislokasiya dəyişikliyi olub. İndi 36 saylı Xətai-Suraxanı dairəsi adlanır. 10 məntəqə Suraxanı ərazisinə düşür. Seçici məni tanıyır, mən seçicini. Digər namizədlərimiz isə fərqli taktika ilə işləyir", deyə İqbal Ağazadə bildirib.

Qeyd edək ki, Ümid Partiyasının sədri İqbal Ağazadə Milli Məclisin II, III və IV çağırış deputatı olub. O, 2020-ci il 9 fevral növbədənkənar parlament seçkilərində də iştirak edib, lakin namizəd olduğu 35 saylı Xətai III Seçki Dairəsinin seçki nəticələri ləğv olunub. Siyasətçi 2008 və 2013-cü il prezident seçkilərində iştirak edib, lakin seçilə bilməyib.

Bahar Rüstəmli


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
16
qaynarinfo.az

10Mənbələr