AZ

Konfrans Liqasında ilk finalçı bəlli olur - Bu gün

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün yarımfinal mərhələsinin ilk cavab oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, ilk finalçı Belçikada müəyyənləşəcək.

Belə ki, bu ölkəni təmsil edən “Brügge” doğma meydanda İtaliyanın “Fiorentina” komandasını sınağa çəkəcək.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək. İlk görüşdə Florensiya təmsilçisi qələbə qazanıb – 3:2.

Bu raundun digər cavab matçı mayın 9-da keçiriləcək. “Olimpiakos” Yunanıstanda İngiltərənin “Aston Villa” komandasını qəbul edəcək. Afina klubu səfərdə rəqibinə qalib gəlib – 4:2.

Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları
8 may

20:45. “Brügge” (Belçika) – “Fiorentina” (İtaliya)
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Brügge. Jan Breydel stadionu.
İlk oyun – 2:3.

9 may

23:00. “Olimpiakos” (Yunanıstan) – “Aston Villa” (İngiltərə)
Baş hakim: Feliks Zvayer (Almaniya).
Piyer. Georgios Karaiskakis stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
50
arena.az

10Mənbələr