AZ

Yaxın aylarda Şuşa "DOST" mərkəzi istifadəyə veriləcək

Yaxın aylarda Şuşa "DOST" mərkəzi istifadəyə veriləcək.

 

Modern.az xəbər verir ki, bunu 1 saylı Bakı DOST Mərkəzinin fəaliyyətinin və vətəndaşlara DOST xidmətlərinin göstərilməsinə başlanılmasının 5 illiyi münasibətilə keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.

 

O bildirib ki, DOST mərkəzlərinə indiyədək 2,5 milyondan çox vətəndaş müraciəti daxil olub. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,2% təşkil edib.

 

Tədbirdə DOST Agentliyinin 5 illik fəaliyyəti ilə bağlı hesabat xarakterli video çarx nümayiş olunub.

 

Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib ki, vətəndaşlara 159 dövlət sosial xidmətini “bir pəncərə”dən, modern və çevik, şəffaf mexanizmlər üzərində təqdim edən DOST konsepsiyası xidmət səviyyəsini hər il daha da yüksəltməyə nail olur.

 

O qeyd edib ki, sosial xidmətlərlə bağlı müraciətlərin nisbətində məşğulluqla bağlı müraciətlər artıb. Bildirilib ki, bu da məşğulluq sahəsində aparılan dövlət siyasətinin müsbət nəticəsidir.

 

Fərid Məmmədov DOST Agentliyinin fəaliyyətinin beynəlxalq arenada yüksək qiymətləndirildiyini qeyd edib. Agentlik bu müddət ərzində 20-dən çox beynəlxalq mükafat və sertifikatla təltif edilib. Həmçinin dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.

 

Hazırda 5-i Bakıda, 1-i Abşeronda, 1-i isə Bərdə rayonunda olmaqla 7 DOST mərkəzinin fəaliyyət göstərdiyi qeyd olunub. Eyni zamanda, Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi istifadəyə verilib. Hazırda Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılır. 2025-ci ilin sonunadək 17 regional "DOST" mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11221
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8348
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
6442
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1996
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1806
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1742
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1606
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1267
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
927
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
819
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
713
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
633
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
442
Arda Gülər dayanmır, yenə fərqləndi -
415
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
397
Arda dubl etdi - VİDEO
327
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
326
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
309
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
277