AZ

Yaxın aylarda Şuşa DOST Mərkəzi istifadəyə VERİLƏCƏK 

"Yaxın aylarda Şuşa DOST mərkəzi istifadəyə veriləcək". 

Bizim.Media xəbər verir ki, bunu 1 saylı Bakı DOST Mərkəzinin fəaliyyətinin və vətəndaşlara DOST xidmətlərinin göstərilməsinə başlanılmasının 5 illiyi münasibətilə keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib. 

O bildirib ki, DOST mərkəzlərinə indiyədək 2,5 milyondan çox vətəndaş müraciəti daxil olub. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,2% təşkil edib. 

Hazırda 5-i Bakıda, 1-i Abşeronda, 1-i isə Bərdə rayonunda olmaqla 7 DOST mərkəzinin fəaliyyət göstərdiyi qeyd olunub. Eyni zamanda, Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi istifadəyə verilib. Hazırda Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılır. 2025-ci ilin sonunadək 17 regional DOST mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulub. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
13
bizim.media

10Mənbələr