AZ

8 May Beynəlxalq Talassemiya Günüdür

Hər il mayın 8-i bütün dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. 

Ucnoqta.az xəbər verir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da talassemiya geniş yayılıb. 

Hər il Azərbaycanda 200-dən artıq uşaq bu xəstəliklə doğulur. 

Ölkəmizdə son illərdə talassemiyanın müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər görülüb.

Talassemiya irsi keçən qan xəstəliyidir. Valideynlərdən uşağa gen vasitəsilə keçən ağır irsi qan xəstəliyi olan talassemiya-genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunur. Talassemiya hemoqlobin istehsalı zamanı qırmızı qan hüceyrəsində tapılan zülal çatışmazlığı yaranır. Bu oksigeni ağciyərlərdən bütün bədən hissələrinə nəql edir və qana qırmızı rəng verir.

Talassemiya erkən təzahür etdiyi halda uşağın fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə səbəb olur. Bu dəyişikliklər kvadrat kəllə, yəhərvari burun, dişlərin yerdəyişməsi, alt və üst çənələrin üst-üstə düşməməsi və sairələridir. Belə uşaqlarda bir qədər sarılıq qeyd edilir, onlar tez-tez infeksion xəstəliklərə yoluxurlar

Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə talassemiyanın profilaktikasının gücləndirilməsi, əhali arasında maarifləndirmə işinin genişləndirilməsi, bütövlükdə, talassemiya xəstələrinə göstərilən tibbi köməyin təkmilləşdirilməsini nəzərdə tutan “Talassemiya ilə mübarizəyə dair 2015–2020-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub.

 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Xanım Əliyeva hələ 2005-ci ildə Azərbaycanda “Talassemiyasız həyat naminə” layihəsinin həyata keçirilməyə başlanmasını elan edib. ​Dövlət Proqramının məqsədi ölkəmizdə talassemiya xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.

Həmin proqram çərçivəsində 2009-cu ildə Bakıda Respublika Talassemiya Mərkəzi istifadəyə verildi. Mərkəzdə bu xəstəlikdən əziyyət çəkən pasiyentlər lazımi dərmanları və ixtisaslaşmış tibbi köməyi pulsuz əldə etməyə, ölkə ictimaiyyəti isə mühüm problem olan qan donorluğuna fəal qoşulmağa başladı. “Talassemiya ilə mübarizəyə dair 2015–2020-ci illər üçün Dövlət Proqramı”na əsasən artıq 39 nəfərə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib.

Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, bu xəstəlikdən əlillik və ölüm halları azalıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11303
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8376
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
6629
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2020
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1825
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1744
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1610
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1287
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
947
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
820
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
713
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
654
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
446
Arda Gülər dayanmır, yenə fərqləndi -
420
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
403
Arda dubl etdi - VİDEO
330
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
327
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
318
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
290