AZ

Fermerlərimiz yağış risqindən də sığortalandılar- ilk təcrübə....

Image

Akif   Nəsirli: “Bu yenilik fermerin zərərə düşməsinin qarşısını alır”

Pambıq Azərbaycan iqtisadiyyatında, o cümlədən ölkədən ixracda əhəmiyyətli paya malikdir. Ölkədə pambıq 20-yə yaxın rayonda əkilir, ən çox pambıq becərilən rayonlar Saatlı, Ağcabədi, Sabirabad, Beyləqan və İmişlidir. 

Eyni zamanda pambıq Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında ilk beşlikdədir. Sərfəli bitki olması ilə yanaşı, pambıq həm də təbiət hadisələrinə qarşı həssasdır. Buna görə də Aqrar Sığorta Fondu bu il pambıq əkini ilə məşğul olan fermerlər üçün pambıq sahələrinin yağışdan sığortalanmasını baza zərfinə aid edib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, bu il baza sığorta zərfinə yağış riski əlavə edilib. Belə ki, indiyədək pambıq əkini ilə məşğul olan fermerlər leysan yağışları üzrə sığortanı ayrıca əldə etməli idilər. 

Xatırladaq ki, hər il baş verən təbiət hadisələri pambıq sahələrinə zərər vurur. Belə ki, 2022-2023-cü illərdə Yevlax, Saatlı, İmişli, Ağcabədi, Sabirabad və Bərdə rayonlarında sel-subasma, yağış, Ağdam və Ağcabədi rayonlarında isə dolu hadisələri pambıq sahələrinə böyük zərər vurub.

Maraqlıdır, bu yenilik pambıqçılığın inkişafına necə təsir edəcək? 

“Yağış zamanı pambığın keyfiyyəti aşağı düşürsə, sığorta zərəri qarşılayırsa pambıqçılığa olan maraq bitmir və fermer bu işə davam edir” 

Aqrar sahə üzrə ekspert Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yağış iki halda pambıqçılığa mənfi təsir edir: “Erkən pambıq səpiləndən sonra bitiş əmələ gəlir. Pambığın yerdə çıxmasına bitiş deyilir. Bitiş əmələ gələndən sonraBitbiBir uzun müddət yağış yağanda pambıq cücərtilərində kök çürümə prosesi gedir. Kök çürüyür və həmin məhsul sıradan çıxır. Fermer sübut edə bilsə ki, onun əkdiyi fermer yağışın təsiri ilə çürüyüb sıradan çıxıbsa ona köməklik göstərilir. Həmçinin, məhsul yığımı zamanı yağış yağması pambığı məhv edir. Sahələrdə açmış pambıq qalıbsa və o ərəfədə yağış yağırsa həmin məhsulun kefiyyəti aşağı düşür. Yağış zamanı pambığın keyfiyyətinin aşağı düşməsini sığorta qarşılayır. Bu yenilik fermerin zərərə düşməsinin qarşısını alır. Belə olan halda fermerin pambıqçılığa olan marağı bitmir və o bu işə davam edir”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
50
Mənbələr
Şərh ()
Bağla