AZ

Gürcüstan DTX etiraz aksiyaları zamanı kütləvi iğtişaşların baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib - » AzadMedia.az


Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti ölkədəki etiraz aksiyaları zamanı kütləvi iğtişaşların baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Azadmedia.az quruma istinadən xəbər verir ki, məlumatda Tbilisidəki mitinqlərdə törədiləcək kütləvi iğtişaşlara aralarında ölkə vətəndaşları da olmaqla, Ukraynadakı döyüşlərdə iştirak etmiş şəxslərin cəlb olunacağı bildirilib.

Belə ki, məlumatda o da deyilir ki, bu şəxslərə ödəniləcək kriptovalyuta müqabilində paytaxtın müxtəlif ərazilərində ictimai asayişin pozulması, polis əməkdaşlarına qarşı zorakılıqların tətbiqi, onların aksiya iştirakçıların tərəfinə cəlb edilməsi, habelə digər bu kimi təxribatlar törədilməsi və dövlət çevrilişinə cəhd olunması tapşırılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
257
50
azadmedia.az

10Mənbələr