AZ

"Freedom House" arzuolunmaz elan edildi

Amerikanın "Freedom House" hüquq müdafiə təşkilatı Rusiyada arzuolunmaz elan edilib.   Manset.az  xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş Prokurorluğu məlumat yayıb. Açıqlamada iddia edilir ki, təşkilat ABŞ-ın dünyada qondarma dominant rolunun bərqərar olmasına yardım edir, rus LGBT fəallarına və Ukraynaya kömək üçün aktiv çağırış edir.

"Freedom House" 1941-ci ildə təsis edilib. Müxtəlif mənbələrə görə, təşkilatın büdcəsinin 66-80%-i ABŞ hökumətinin qrantları hesabına təmin edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
3
Mənbələr
Şərh ()
Bağla