AZ

Bu ölkədə son 51 ilin ən isti ayı oldu

Cənubi Koreyada aprel ayı son 51 ilin ən isti ayı olub.   Manset.az “Korea Times”a istinadən xəbər verir ki,  Koreya Meteorologiya İdarəsi (KMA) aprel ayında ölkə üzrə orta temperaturun mövsüm normalarından yüksək olduğunu açıqlayıb. KMA-nın məlumatına görə, Cənubi Koreyada orta temperatur 14,9 dərəcə olub və bu, ilk məlumatların toplanmağa başladığı 1973-cü ildən bəri ən isti aprel ayı olub. Müvafiq olaraq, ölkədə ən isti gün aprelin 14-ü olub, o zaman termometrlər 30 dərəcəni göstərib. Bundan əlavə, KMA bu dövrdə Şimal qütbündən orta enliklərə soyuq havanın olmamasının temperaturun daha da artmasına səbəb ola biləcəyini vurğulayıb. Cənubi Koreya ilə yanaşı, Honq-Konq, Çin və Hindistan kimi bir çox region və ölkələrdə son illərin ən isti aprel ayı yaşanıb. Jalə

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
30
Mənbələr
Şərh ()
Bağla