AZ

Dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

“Global Finance” agentliyi dünyanın ən varlı və yoxsul ölkələrinin reytinqini açıqlayıb. Reytinq cədvəli adambaşına düşən ÜDM-nin həcminə görə tərtib olunub.

Xezerxeber.az agentliyin saytına istinadla xəbər verir ki, reytinq cədvəlində dünyanın ən varlı ölkələri siyahısına Lüksemburq başçılıq edir. Bu ölkədə adambaşına düşən ÜDM-nin həcmi 143 383 dollardır. İlk onluqda sonrakı yerləri Makao, Qətər, İrlandiya, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Norveç, San Marino və ABŞ tutublar.

Reytinq cədvəlində dünyanın ən kasıb ölkəsi kimi göstərilən Cənubi Sudan (adambaşına düşən ÜDM-nin həcmi 455 dollar) 2011-ci ildən bəri zorakılıqla üzləşib. Sosial parçalanmalar, bərabərsizlik, korrupsiya və müharibə burada vəziyyəti daha da pisləşdirib. Bu il Cənubi Sudan əhalisinin 60 faizindən çoxunun - 9 milyona yaxın insanın humanitar yardıma ehtiyacı olacaq.

Dənizə çıxışı olmayan kiçik Burundi ən yoxsul ölkələr arasında ikinci yerdədir. Ölkə təbii sərvətlərə malik deyil və 1993-2005-ci illərdə davam edən vətəndaş müharibəsindən əziyyət çəkib. Üçüncü yerdə Mərkəzi Afrika Respublikasıdır. Belə görünür ki, qızıl, neft, uran və almazla zəngin olan bu ölkədə nədənsə çox kasıb insanlar yaşayır və on il ərzində dünyanın ən kasıb dövlətləri sırasında yer alıb.

Dünyanın ən yoxsul ölkələrinin ilk onluğuna Konqo Demokratik Respublikası, Mozambik, Niger, Malavi, Liberiya, Madaqaskar və Yəmən də daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
9643
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
7852
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1543
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1469
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1448
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1445
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
879
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
766
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
636
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
531
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
513
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
466
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
368
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
334
Arda Gülər dayanmır, yenə fərqləndi -
304
Arda dubl etdi - VİDEO
286
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
267
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
223
ОТГ поздравила азербайджанский народ с Днем Государственного Флага-ФОТО
218