AZ

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

Bakı. Trend:

“Global Finance” agentliyi dünyanın ən varlı və yoxsulölkələrinin reytinqini açıqlayıb. Reytinq cədvəli adambaşına düşənÜDM-nin həcminə görə tərtib olunub.

Trend agentliyin saytına istinadla xəbər verir ki, reytinqcədvəlində dünyanın ən varlı ölkələri siyahısına Lüksemburqbaşçılıq edir. Bu ölkədə adambaşına düşən ÜDM-nin həcmi 143 383dollardır. İlk onluqda sonrakı yerləri Makao, Qətər, İrlandiya,Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Norveç, San Marino və ABŞtutublar.

Reytinq cədvəlində dünyanın ən kasıb ölkəsi kimi göstərilənCənubi Sudan (adambaşına düşən ÜDM-nin həcmi 455 dollar) 2011-ciildən bəri zorakılıqla üzləşib. Sosial parçalanmalar,bərabərsizlik, korrupsiya və müharibə burada vəziyyəti daha dapisləşdirib. Bu il Cənubi Sudan əhalisinin 60 faizindən çoxunun - 9milyona yaxın insanın humanitar yardıma ehtiyacı olacaq.

Dənizə çıxışı olmayan kiçik Burundi ən yoxsul ölkələr arasındaikinci yerdədir. Ölkə təbii sərvətlərə malik deyil və 1993-2005-ciillərdə davam edən vətəndaş müharibəsindən əziyyət çəkib. Üçüncüyerdə Mərkəzi Afrika Respublikasıdır. Belə görünür ki, qızıl, neft,uran və almazla zəngin olan bu ölkədə nədənsə çox kasıb insanlaryaşayır və on il ərzində dünyanın ən kasıb dövlətləri sırasında yeralıb.

Dünyanın ən yoxsul ölkələrinin ilk onluğuna Konqo DemokratikRespublikası, Mozambik, Niger, Malavi, Liberiya, Madaqaskar vəYəmən də daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
12
az.trend.az

10Mənbələr