AZ

Depressiya əsrin bəlasına çevrilir: Hər il 2 milyon insan...

"Depressiya get-gedə əsrin bəlasına çevrilir. Əgər 2020-ci ilə qədər dünya əhalisinin 5-7 %-i depressiyadan əziyyət çəkirdisə, son illərdə bu rəqəm 12-20%-ə qalxıb".

Ölkə.Az xəbər verir ki, bunu klinik psixoloq Fuad Əsədov deyib. O bildirib ki, hər il 2 milyona yaxın insan depressiya səbəbi ilə canına qıyır:

"Modern dövrün informasiya zəhərlənməsi, mənasızlıq, ideologiyasızlıq və insanların bir-birindən emosional uzaqlaşması depressiya kimi ağır bir xəstəliyi bizə nəfəs qədər yaxın edir". 

Mütəxəssis deyib ki, psixoloji sağlamlığımızla bağlı məsuliyyətli olmasaq, bu tendensiya bizdən də yan keçməyəcək:

"Təhsilimiz, karyeramız, maddiyyatımız haqqında nə qədər düşünürüksə, ən azı o qədər də psixoloji rifahımız haqqında düşünməliyik. 

Üzünüzü güldürən şeyləri, sizi yaxşı hiss etdirən insanları və beyninizi dincəldən anları nə olursa-olsun özünüzdən uzaqlaşdırmayın". 

Billurə Yunus

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
Mənbələr
Şərh ()
Bağla