AZ

Əsrin bəlasına çevrilən DEPRESSİYA: "Nə olursa-olsun..." - Həkimdən ÇAĞIRIŞ

“Depressiya get-gedə əsrin bəlasına çevrilir”.

 

Sfera.az bildirir ki, bunu klinik psixoloq Fuad Əsədov deyib. Onun sözlərinə görə, 2020-ci ilə qədər dünya əhalisinin 5-7 faizi depressiyadan əziyyət çəkirdisə, son illərdə bu rəqəm 12-20 faizə qalxıb:

 

“Hər il iki milyona yaxın insan depressiya səbəbi ilə intihar edir. Modern dövrün informasiya zəhərlənməsi, mənasızlıq, ideologiyasızlıq və insanların bir-birindən emosional uzaqlaşması depressiya kimi ağır bir xəstəliyi bizə nəfəs qədər yaxın edir. Psixoloji sağlamlığımızla bağlı məsuliyyətli olmasaq, bu tendensiya bizdən də yan keçməyəcək”.

 

Ekspert bildirib ki, insanlar təhsil, karyera, maddiyyat haqqında düşündüyü qədər psixoloji rifahını da nəzərə almalıdır:

 

“Üzünüzü güldürən şeyləri, sizi yaxşı hiss etdirən insanları və beyninizi dincəldən anları nə olursa-olsun özünüzdən uzaqlaşdırmayın”.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
sfera.az

2Mənbələr