"Yalnız diplomatik yollarla lazımi məsələlər çatdırılır. Bu görüşdə Rusiya qırmızı cizgiləri Paşinyana bir daha xatırladacaq. Ermənistan bir dövlət kimi bu gün qədər ayaqdadırsa, bunu Rusiyaya borcludur. Rusiya üçün qırmızı cizgi onun hərbi bazasının Ermənistanda qalması və Ermənistanın KTMT üzvü kimi fəaliyyətinə xitam verməməsidir. Paşinyan isə Qərbin sanksiyalarından yan keçməkdə göstərdiyi xidmətlərini Putinin diqqətinə çatdıracaq".
Ekspert görüşdə tərəflərin ciddi fikir ayrılığı yaşayacağını gözləmir:
"Çünki Paşinyan hələki Rusiyanın narazılığına səbəb olacaq ciddi bir addım atmayıb. Ortada yalnız açıqlamalardır, əməli addımlar atılmayıb. Ermənistan hələ də KTMT üzvlüyündə qalmağa davam edir və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Ermənistanda hələ də Rusiya hərbi bazası fəaliyyətini davam etdirir. Ermənistan da öz növbəsində Qərbdən sanksiya altına düşən məhsulların alınıb Rusiyaya satılmasını təmin edir. İki milyardlıq ticarət dövriyyəsinin birdən-birə 7 milyarda yüksəlməsi təsadüfi deyil.
R.Bayramov hesab edir ki, Ermənistan bu cür davam edərsə, Rusiya ilə problem yaşamayacaq:
"Yox, əgər Rusiyanın hərbi bazasının çıxarılmasında israr edərsə, kənar hərbi qüvvələrin regiona yerləşməsinə şərait yaradarsa, bu zaman münasibətlər pisləşə bilər. Belə olduğu halda Rusiya iqtisadi təzyiqlərə də əl ata bilər. Düşünürəm ki, görüşdən sonra münasibətlərdə hər hansı yenilik və ya dəyişiklik olmayacaq. Hər halda görüşün keçirilməsi münasibətlərə yumşaqlıq gətirə bilər".
Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Mənbələr
-
bakivaxti.azPutin Paşinyana zəng edib ( 7137067)
-
adalet.azPutin və Paşinyan arasında telefon danışığı olub ( 7133680)
-
sherg.azPutin və Mişustin Paşinyanı tələsik təbrik etdilər ( 7133050)
-
olaylar.azPutin ilə Paşinyan arasında telefon danışığı OLDU ( 7132594)
-
leqal.infoPutin Paşinyanla Ermənistanda daşqınlar zamanı sıradan çıxmış dəmir yolunun bərpasını müzakirə edib ( 7132306)
-
moderator.azPutin və Paşinyan arasında telefon danışığı olub ( 7132249)
-
musavat.comMişustin də Paşinyanla danışdı- Bu məsələlər müzakirə olundu ( 7132339)
-
konkret.azPutin və Paşinyan arasında telefon danışığı baş tutdu ( 7131691)
-
interpress.azPutin Paşinyanla Ermənistanda daşqınlar zamanı sıradan çıxmış dəmir yolunun bərpasını müzakirə edib ( 7131385)
-
unikal.azPutin və Paşinyan arasında telefon danışığı olub ( 7131310)