Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Leqal.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Paşinyan mayın 25-də baş vermiş daşqın nəticəsində Lori rayonunda dəmir yolunun dağılmış hissələrinin tezliklə bərpası ilə bağlı Rusiya Dəmir Yollarına verdiyi göstərişə görə Putinə təşəkkür edib.

Paşinyan, eyni zamanda Rusiya Prezidentinə doğum günü təbrikinə və xoş arzularına görə minnətdarlıq edib.

Leqal.info