AZ

Putin-Paşinyan görüşü — Gərginlik azala bilər

Rusiya prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək. Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib ki, ikitərəfli təmas çoxməzmunlu olacaq, müzakirə olunacaq çoxlu məsələlər var. Görüşdə müzakirəsi gözlənilən məsələlərə dair politoloq Rəşad Bayramov Demokrat.az fikirlərini bölüşüb. O xatırladıb ki, uzun müddətdir iki ölkə rəhbəri arasında birbaşa təmaslar yoxdur:

"Yalnız diplomatik yollarla lazımi məsələlər çatdırılır. Bu görüşdə Rusiya qırmızı cizgiləri Paşinyana bir daha xatırladacaq. Ermənistan bir dövlət kimi bu gün qədər ayaqdadırsa, bunu Rusiyaya borcludur. Rusiya üçün qırmızı cizgi onun hərbi bazasının Ermənistanda qalması və Ermənistanın KTMT üzvü kimi fəaliyyətinə xitam verməməsidir. Paşinyan isə Qərbin sanksiyalarından yan keçməkdə göstərdiyi xidmətlərini Putinin diqqətinə çatdıracaq".

Ekspert görüşdə tərəflərin ciddi fikir ayrılığı yaşayacağını gözləmir: 



"Çünki Paşinyan hələki Rusiyanın narazılığına səbəb olacaq ciddi bir addım atmayıb. Ortada yalnız açıqlamalardır, əməli addımlar atılmayıb. Ermənistan hələ də KTMT üzvlüyündə qalmağa davam edir və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Ermənistanda hələ də Rusiya hərbi bazası fəaliyyətini davam etdirir. Ermənistan da öz növbəsində Qərbdən sanksiya altına düşən məhsulların alınıb Rusiyaya satılmasını təmin edir. İki milyardlıq ticarət dövriyyəsinin birdən-birə 7 milyarda yüksəlməsi təsadüfi deyil. 

R.Bayramov hesab edir ki, Ermənistan bu cür davam edərsə, Rusiya ilə problem yaşamayacaq:

"Yox, əgər Rusiyanın hərbi bazasının çıxarılmasında israr edərsə, kənar hərbi qüvvələrin regiona yerləşməsinə şərait yaradarsa, bu zaman münasibətlər pisləşə bilər. Belə olduğu halda Rusiya iqtisadi təzyiqlərə də əl ata bilər. Düşünürəm ki, görüşdən sonra münasibətlərdə hər hansı yenilik və ya dəyişiklik olmayacaq. Hər halda görüşün keçirilməsi münasibətlərə yumşaqlıq gətirə bilər".

Törə Zeynallı 
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
16
Mənbələr
Şərh ()
Bağla