AZ

Çinli mütəxəssislər suda boğulan şəxsi xilas etmək üçün dron yaradıblar

Xilasedicilərin təcrübəsində tez-tez boğulan şəxsin sahildən uzaqda qalması halları olur. Ona vaxtında tez çatmaq isə çətin olur.

Herbiand.az xəbər verir ki, Çinin "Didiok Makings" şirkətinin TY-3R pilotsuz təyyarəsi bu problemi həll etməyə qadirdir. Çünki o, həm pilotsuz uçan aparat (PUA), həm də xilasedicidir.

TY-3R adi dron kimi havaya qalxır. Bundan sonra operator real vaxt rejimində su səthinin sahələrini yoxlamaq üçün 720p kamerasından istifadə edə bilər. Boğulan şəxs aşkar edildikdə dron dərhal ona tərəf yönəlir və yanına sıçradıqdan sonra xilasediciyə çevrilir. PUA elə düzəlib ki, əsas rotorları batan şəxsin barmaqlarına zərər verməmək üçün xüsusi ekranlarla örtülüb.

TY-3R iki böyük şəxsi suda saxlamaq qabiliyyətinə malikdir. Operatorla etibarlı əlaqə məsafəsi 1,1 km və maksimal sürəti təxminən 50 km/saat təşkil edir. Dronun işləmə müddəti doldurulmadan 10 dəqiqədən çox ola bilir. Aparatın çəkisi 5 kq-dan azdır, IP68 standartına uyğun olaraq tamamilə möhürlənib. Bu isə onu 1 m dərinliyə qədər su altında saxlamağa və yarım saata qədər su altında qalmağa imkan verir.

Xilasedicilər batan şəxsin yanına gəldikdən sonra operator pilotsuz təyyarəyə əmr verir ki, avtonom şəkildə geri qayıtsın. PUA-nın qiyməti 11803 dollardır.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
31
Mənbələr
Şərh ()
Bağla